Orxan Zeynallı Qorxma Özündən Rap Şarkı Sözleri

Paylaş

Bu Yazıyı Paylaş

veya linki kopyala

Bizə öyrədiblər oyanmaq lazımdı səhər tezdən
Təhsil, kariyera, uğur həyatda bitmir pillələr
Bizə öyrədiblər ki, dürüstlük əsas dəyərdi
Valideynlər, doğmalar, qonşular və müəllimlər
Bizə öyrədiblər ki, siqaret həm də içki ziyandı
Siqaret çəkən qardaşlar, içki içən atalar…
Bizə öyrədiblər ki, tələsməlisən həyat dayanmır
Sən geciksən də olmur gecikən qatarlar
Gün çıxanda gizlən, yağışda çətir gəzdir
Dözməyi bacar axı ancaq zəiflər çətin dözür
Çəkin müdirindən, işini itirməkdən daim qorx
Susmağı bacar, lazım deyilsə demə sözün düzün
Göstəmə əsl üzün səmimilik pis cəhətdi
İnsanlar yalançı olur bizə öyrədiblər həmişə
Ürəyin ağrımasın kimisə görüncə dərdli
Bizə öyrədiblər həmişə, bizi öyrədirlər həmişə

Çevrilir hədəflər arzulara
Adamda tək ümid mahnılara
Hardadı düz, harda yalanlar
Bəs indi kimə inanaq, nəyə inanaq

Bizə öyrətmiyiblər ölüm bir gün döyəcək qapını
Həyat məktəb deyil ki mümkün olsun son partada gizlənmək
Bizə öyrətmiyiblər ailə qurmaq oyuncaq deyil
Əsas sevgidi nəinki kağıza qol çəkmək
Bizə öyrətmiyiblər həyat bəzən olur alçaq
Sən əzab çəkən şəhərdə keyf edir hansısa alçaq
Sən demə qayğını verirmiş dövlət borca
Sən böyüdükcə səndən də tez böyüyür borclar
Bizə öyrətmiyiblər xoşbəxtliyimizə gedən yol
Sən demə keçir qəlblərdən yox hava limanından
Bir gün dönər inamından səmada hay-küy çıxsa
Bizə öyrətmiyiblər nə edəy dost nankor çıxsa
Öyrədə bilməsə həyatı nə kitablar nə valideynlər
Əsas atdığın addımlar və sabah atacağın
Həyat kosmosdu qərarlarımız teleskop
Gələcək təyin edir hansı tərəfə baxacağını

Çevrilir hədəflər arzulara
Adamda tək ümid mahnılara
Hardadı düz, harda yalanlar
Bəs indi kimə inanaq, nəyə inanaq

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

1 Yorum

  1. “Qalanda tək ümid mahnılara” olmasın o?

    Cevapla